"Karabükspor" tarixə düşə bilmədi
02.02.2013 - 03:43
"Karabükspor" tarixə düşə bilmədi
Türkiyə Superliqasında 20-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında "Beşiktaş" doğma publika önündə "Karabükspor"u qəbul edib. Görüşə “qara-qartallar” yaxşı başlasalar da, sona qədər bu üstünlüklərini qoruya bilməyiblər. Hərəyə iki dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb - 2:2.

Beləliklə, səfərdə 1 xal qazanan "Karabükspor" Türkiyə futbol tarixinə adını yazdıra bilməyib. Belə ki, bu mövsüm "Fənərbaxça"ya, "Qalatasaray"a və "Trabzonspor"a səfərdə 1:3 hesabı ilə qalib gələn “qırmızı-mavilər”, "Beşiktaş"ı da üstələdiyi təqdirdə “dörd böyüklər”i məğlub edən ilk komanda olacaqdır. İstanbul klubu isə ardıcıl üçüncü dəfə meydandan qalib ayrıla bilməyib.

Günün digər matçında isə turnir cədvəlinin autsayderi "Akhisar Bələdiyyəspor" "Kayserispor"la üz-üzə gəlib. Qonaqlar hesabda geri düşməsinə baxmayaraq, matçdan qalib ayrılıb - 1:2.

Qeyd edək ki, Türkiyə Superliqasının 20-ci turunun digər oyunları bu gün və sabah keçiriləcək.


Türkiyə Superliqası

20-ci tur

1 fevral

"Beşiktaş" - "Karabükspor" - 2:2
Toraman, 16, Olcay Şahan, 58 – Əhməd İlhan, 63, Lualua, 69

"Akhisar Bələdiyyəspor" - "Kayserispor" - 1:2
Gekas, 43, Bobo, 50, Mouçe, 65

2 fevral

"Kasımpaşa" - "Elazığspor"
"Antalyaspor" - "İstanbul BB"
"Bursaspor" - "Qalatasaray"

3 fevral

"Orduspor" - "Gənclərbirliyi"
"Trabzonspor" - "Qaziantepspor"
"Əskişəhərspor" - "Mersin İdmanyurdu"
"Fənərbaxça" - "Sivasspor"