Türkiyədəki təmsilçilərimizin komandaları üz-üzə
02.02.2013 - 04:49
Türkiyədəki təmsilçilərimizin komandaları üz-üzə
Bu gün azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” növbəti matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyə PTT Birinci Liqasının 20-ci turunda təmsilçilərimizin rəqibi, yığma komandamızın yarımmüdafiəçi Cavid Hüseynovun formasını geydiyi “Adana Dəmirspor” klubudur.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bu Azərbaycan derbisində yalnız azarkeşlər Məlikovu meydanda görə biləcəklər. Belə ki, İsayev zədəli olduğu üçün matçda iştirak etməyəcək. Hüseynov isə hazırda Dubayda təlim-məşq toplanışında olan millimizin düşərgəsində yer alır.

Qeyd edək ki, “Adana Dəmirspor” 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır. “Denizlispor” isə 24 xalla 12-ci pillədədir.


Türkiyə PTT Birinci Liqası

20-ci tur

2 fevral

18:00. “Adana Dəmirspor” – “Dənizlispor”
0