Yığmamızda futbolçu sayı 187-ya çatdı
02.02.2013 - 11:42
Yığmamızda futbolçu sayı 187-ya çatdı
2013-cü ilin ilk oyunu 6 futbolçunun Azərbaycan milli komandasında debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmanın BƏƏ-nin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Özbəkistanla keçirdiyi yoxlama oyunu 6 futbolçu üçün millidə ilk matç olub.

Onlardan 5-i - Anar Nəzirov, Cavid İmamverdiyev, Rüfət Dadaşov, Eşqin Quliyev, Qara Qarayev fasilədən sonra meydana çıxmaqla debütünü rəsmiləşdirib. Pərdis Fərcad-Azad isə ikinci hissənin gedişində meydana daxil olub.

Bu matçadək millinin keçirdiyi 191 qarşılaşmada 181 futbolçu meydana çıxmışdı. 192-ci matçda debüt edən “6-lıq” bu rəqəmi 187-yə çatdırdı.
0