Sabiq futbolçusu “Kəpəz”i məyus etdi
04.02.2013 - 10:39
“Kəpəz” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da reallaşan görüşdə gəncəlilərin rəqibi “Sumqayıt” olub.
Saat 12:00-da startı verilən matçda Mahmud Qurbanov ilk “11-lik”də qarışıq heyətə üstünlük verib. Çalışdırıcı mövsümün əvvəlindən “Kəpəz”də çıxış edən futbolçularla yanaşı, baxışda olanlara da ilk dəqiqələrdən meydanda olmaq şansı verib. Start heyətində yer alanlar arasında Vüsal Hüseynov da olub. Millimizin sabiq üzvü baxışda olanlar sırasındadır.
Meydanda baş verənlərə gəlincə, “Kəpəz” oyun boyu bir neçə epizodda fərqlənmək imkanı əldə edib. Amma Gəncə təmsilçisinə qol vurmaq qismət olmayıb. Xüsusən də fasilədən sonra Vladislav Serebryakov ələ düşən 100 faizli qol vəziyyətini qaçırıb. “Sumqayıt” isə ötən mövsüm “Kəpəz”də çıxış etmiş Sabir Allahquliyevin sayəsində hesabı dəyişməklə oyundan qələbə ilə ayrılıb - 0:1.

0
0