“Rəvan”da yaponiyalı futbolçu
04.02.2013 - 18:38
Premyer Liqanın yerdə qalan bölümünə hazırlıqlarını davam etdirən “Rəvan” bu gün 1 məşqlə kifayətlənib. Apasport.az saytının məlumatına görə, komanda saat 11:00-da Bayıl stadionunun meydançasına çıxıb.
Əvvəlcə sadə təmrinlərlə isinmə hərəkətləri yerinə yetirən futbolçular sonradan fiziki çalışmalarla məşğul olub. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Şvitski də bu çalışmalarda fəal iştirak edib. Şən əhval-ruhiyyənin mövcudluğu kənardan xoş mənzərə yaradıb. Baş məşqçi Ramil Əliyev ardından futbolçuları toplu çalışmalara, “kvadrat” oynamağa və meydançanın yarı hissəsində ikitərəfli oyuna dəvət edib. Xüsusən sonuncu mini-oyun daha gözəl alınıb.
Qeyd edək ki, düşərgəyə yeni qoşulan və baxışa gələn yaponiyalı müdafiəçi Naoya Shibamura da komandayla olub. Əsasən vətənində çıxış etmiş arxa xətt oyunçusu karyerasına Sinqapurun “Albireks Niiqata” kollektivində başlayıb, 2011-ci ildə Latviyanın “Ventspils”, ötən il isə Özbəkistanın “Paxtakor” və “Buxoro” komandalarında top qovub.
Komandayla birgə ilk məşqinə çıxan yapon oyunçuyla bağlı yekun qərarı məşqçilər yaxın günlərdə verəcək.

0
0