İngiltərədə ilin futbolçusunun adı bəlli oldu
05.02.2013 - 06:24
İngiltərədə ilin futbolçusunun adı bəlli oldu
İngiltərə milli komandasında 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Liverpul”un 32 yaşlı kapitanı Steven Cerrarddır. O, Beynəlxalq Futbol Assosoisiyasının rəsmi saytında azarkeşlərin səsverməsinə görə seçilib.

180 min şəxs arasında keçirilən səsvermədə, azarkeşlərin 40 faizi Cerrardı birini edib. İkinci yeri “Mançester Yunayted”in forvardı Denni Uelbek, üçüncü yeri isə “Çelsi”nin müdafiəçisi Eşli Koul tutub. 21 yaşlılar arasında ən yaxşı futbolçu isə “Livepul”un digər oyunçusu Cordan Henderson seçilib.

Qeyd edək ki, Steven karyerası tarixində artıq ikinci dəfədir ki, bu titula layiq görülür. Cerrard ilk dəfə bu adı 2007-ci ildə qazanıb.