Cavid İmamverdiyev: Lixtenşteyni yalnız udmaq haqda fikirləşirik - MÜSAHİBƏ
05.02.2013 - 12:56
“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Cavid İmamverdiyev Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, yarımmüdafiəçi millinin hazırkı toplanışı və yoldaşlıq görüşləri ilə bağlı sualları cavablandırıb.
- Dubaydakı təlim-məşq toplanışınız necə keçir?
- Yüksək səviyyədə. Çox yaxşı əhval-ruhiyyədəyik. Növbəti yoldaşlıq görüşümüzə 1 gün qalıb. Bütün hazırlığımız Lixtenşteynlə sabahkı oyunadır. İnşallah, qalib gəlmək istəyirik ki, dünya çempionatının seçmə mərhələsi öncəsi bizdə əlavə stimul olsun. Yalnız udmaq haqda düşünürük.
- Özbəkistanla 0:0 hesabı ilə nəticələn yoldaşlıq görüşü haqda nə deyə bilərsiniz?
- Bu, bir yoldaşlıq görüşü idi və məqsəd rəsmi oyunlara hazırlaşmaqdır. Mən milli komandamıza inanıram. Azərbaycan yığması son illərdə göstərdiyi futbolla xalqımızın maraq dairəsinə düşüb. Baş məşqçi Berti Foqts məni çoxdandır milliyə çağırmırdı. İndi görürəm ki, millidə çox yeniliklər, dəyişiklər var. Sürətli futbol oynamağa başlanılıb. Mənə uyğunlaşmaq bir qədər çətin oldu. Ancaq şükür Allaha, indi hər şey qaydasındadır. İnşallah, sabahkı oyunda Azərbaycan xalqını sevindirərik.
- Nəticəni motivasiyanın az olmağı ilə əlaqələndirmək olar, yoxsa?
- Əlbəttə, udmaq lazım idi. Ancaq bu, ilk oyunumuz idi. Özbəkistan yığması da yaxşı komandadır. O qədər də çətinlik çəkmədik, öz oyunumuzu oynadıq. Sadəcə, qol imkanlarımızdan istifadə edə bilmədik. Elvin Məmmədov, Vüqar Nadirov, Rüfət Dadaşovun vurduğu zərbələr qapıdan keçmədi. Qol imkanlarımızı dəyərləndirsəydik, qələbə qazanacağımıza inanırdım.
- Kiyev “Dinamo”suna məsələsi bağlandı, yoxsa sonradan bu məsələyə qayıdılacaq?
- Hələ ki heç nədən xəbərim yoxdur. Mənim klub prezidentim, baş məşqçim var. “Neftçi” ilə müqaviləm var. Klubum nəyi lazım biləcək, məsləhət görəcək, onu da edəcəyəm. Başımı aşağı salıb, məşqimi edəcək, oyunumu oynayacağam.
- Lixtenşteyn yığmasında bir sıra əsas futbolçular yoxdur. Bu, sabah qələbə qazanmaq şanslarımızı çoxaldırmı? Düzdür, bizdə də bir sıra əsas futbolçular olmayacaq...
- Kim olur-olsun, çıxıb oynamaq lazımdır. Biz bura Azərbaycan millisinin şərəfini qorumağa gəlmişik. Kimə şans versələr, o da çıxıb canla-başla oynayacaq və qələbə qazanmaq lazımdır.
- Lixtenşteynlə bizi müqayisə etsək, bizim üstünlüyümüz olar, yoxsa bərabər səviyyəli komandalardır?
- Rəqibə hörmətsizlik də eləmək olmaz. Ancaq mən düşünürəm ki, biz onlardan üstünük.

0
0