“Qalatasaray”ın yeni transferləri “Şalke”yə qarşı oynayacaqlar
05.02.2013 - 22:01
“Qalatasaray” Çempionlar Liqasında mövsümün ikinci yarısı üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu “Şalke” ilə qarşılaşmadan öncə yeni transferləri Uesli Sneyder və Didye Droqbanı və həmçinin “Xəzər Lənkəran”ın transfer etmək istədiyi, sonradan baş tutmayıb yenidən “Cim-Bom”la anlaşan Aykut Erçetini də sifariş edib.
Bunlardan başqa isə qış transfer dövrəsində komandadan ayrılan Kris, “Kayserispor”a icarəyə verilən Ceyhun Gülselam və “Sivasspor”a icarəyə verilən Sərcan Yıldırım siyahıdan çıxarılıb.
Qeyd edək ki, “Qalatasaray” 1/8 final mərhələsində “Şalke” ilə fevralın 12-də qarşılaşacaq.

0
0