Marko van Basten “Milan”da işləmək istəyir
06.02.2013 - 04:55
Marko van Basten “Milan”da işləmək istəyir
“Özümü “Milan”ın sükanı arxasına keçmək üçün hazırlayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının veteran futbolçusu Marko van Basten deyib.

1987-1993-cü illər arasında İtaliya klubunda çıxış edən 48 yaşlı mütəxəssis “Milan”da çalışmaq üçün özünü hazırladığını bildirib: “Mən orada Balotellini işlətmək istəyərdim. İtaliya futbolu hazırda bir böhrandan keçir. Amma “Yuventus” çox yaxşı çıxış edir. İndi mən, “San-Siro” stadionunda boş kresloları görəndə kədərlənirəm”.