Vaqif Cavadov: Bombardir olmaq əsas hədəfim deyil
07.02.2013 - 15:42
Vaqif Cavadov: Bombardir olmaq əsas hədəfim deyil
“Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadov deyib.

Yığmamızın Dubayda Lixtenşteyn millisi üzərində 1:0 hesablı qələbəsində vurduğu qolla pay sahibi olan hücumçu “Qarabağ”ın rəsmi saytına açıqlama verib: “Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq. İndi çempionata köklənmək lazımdır”.

Cavadov Topaz Premyer Liqasının XIX turunda keçiriləcək klubunun ilk rəsmi matçı haqda da danışıb. Hücumçu qarşıdan gələn “Qəbələ” ilə oyun haqda fikirlərini açıqlayıb: “Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar. Olduqca çətin oyun olacaq.
Düzdür, son zamanlar “qırmızı-qaralar”la görüşlərdə qələbə qazana bilmirik. Amma meydana çıxanda qələbəni statistika qazanmır. Baş məşqçimiz Qurban Qurbanovun məni hücumun sivri ucunda oynatmasına gəlincə isə mənim üçün belə baxanda fərqi yoxdur. Məşqçimiz üçün harada daha çox fayda verəcəyim maraqlıdır. Millidə qol vurduqdan sonra təbii ki, “Qəbələ”yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik”.
0