Marçello Abbondanza: Biz yalnız ilk addımı atdıq
08.02.2013 - 00:08
“Biz çox güclü komanda ilə yaxşı oyun keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın “Rabitə” voleybol klubunun baş məşqçisi Marçello Abbondanza deyib. O, qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçında Kazan “Dinamo”su (3:1) ilə qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib.
İtaliyalı mütəxəssis komandasının oyunundan məmnun qaldığını vurğulayıb:
“Qələbə həmişə xoşdur. Xüsusi ilə Kazanda. Biz bu oyuna yaxşı hazırlaşdıq və mən komandamın çıxışından razıyam. Çünki onlar bizim planlarımızı reallaşdırdı. Ancaq mən deməzdim ki, hər şey həll olunub. Əksinə, heç nə həll olunmayıb. Bakıda bizi çətin matç gözləyir. Kazanda biz yalnız ilk addımı atdıq. Amma bizə ikinci qələbə də müvəffəqiyyət üçün lazımlıdır”.

0
0