Cavid Hüseynovun Türkiyə karyerası başa çatdı
08.02.2013 - 15:10
Cavid Hüseynovun Türkiyə karyerası başa çatdı
Milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynovun “Adana Dəmirspor” karyerası da digər legioner həyatı yaşayan futbolçularımız kimi uzun çəkməyib. Apasport.az-ın Adana klubunun azarkeş saytına istinadən məlumatına görə, Hüseynov klub rəhbərliyi və məşqçilər heyəti ilə görüşdükdən sonra müqaviləsini qarşılıqlı şəkildə pozub.

Klubu ilə 1,5 illik müqaviləsi olmasına baxmayaraq, “Adana Dəmirspor”un maliyyə durumunun pis olması, son turlarda əsas heyətə düşməkdə çətinlik çəkməsi və ölkəmizdən “Bakı”nın Cavidlə ciddi maraqlanması futbolçunun Türkiyədən ayrılmasına səbəb olub. Onun bu gün ölkəmizə gəlib, “Bakı” ilə 1,5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Cavid Hüseynov cari mövsümdə “Adana Dəmirspor”da kubok matçı da daxil olmaqla 13 matça çıxıb. 2 sarı vərəqə alan 25 yaşlı futbolçu bir dəfə də olsun fərqlənə bilməyib.