32-ci duel
08.02.2013 - 18:46
“Xəzər Lənkəran” 2013-cü ilə “İnter”lə qarşılaşma ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 19-cu turunda lideri qəbul edəcək cənublular tarixində 32-ci dəfə bu rəqiblə üz-üzə gələcək. 2004-cü ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 23 dəfə çempionat və 8 dəfə kubokda münasibətlərini ayırd ediblər.
İndiyədək baş tutan 31 qarşılaşmada 7 dəfə “Xəzər Lənkəran”, 8 dəfə isə “İnter” qalib gəlib. 16 matçda isə qalib müəyyənləşməyib. Top fərqində isə lənkəranlılar öndədir – 31:30. Düzdür, 7 qələbədən başqa “Xəzər Lənkəran”ın hesabında ölkə kubokunun finalına təsadüf edən penaltilər seriyasındakı qələbə də var.
Çempionatlardakı 24-cü matçadək 4 dəfə “Xəzər Lənkəran”, 6 dəfə “İnter” qalib gəlib. 5-ci qələbə iddiasında olan cənublular 13 dəfə 1 xalla kifayətlənib. Bu görüşlərdə bakılılar daha məhsuldar olub – 21:22.
Həm ümumi, həm də çempionatdakı matçlarda minimal üstünlük paytaxt futbolçularının tərəfində olsa da son oyunlarda “Xəzər Lənkəran” rəqibini qələbəyə həsrət qoyub. Belə ki, son 4 oyunda “İnter” qələbəyə həsrət qalıb. Bu matçlarda “Xəzər Lənkəran” 1 qələbə qazanıb və 3 dəfə meydandan bərabərliklə ayrılıb.
Lənkəranda baş tutan qarşılaşmalarda isə meydan sahibləri öndədir. 14 oyunda 4 qələbəsi və 2 məğlubiyyəti olan “Xəzər Lənkəran” 8 dəfə heç-heçə ilə razılaşıb. Meydan sahibləri evdə vurduğu 15 qolun qarşılığında 12-ni buraxıb.
Mənbə: lankaranfc.com

2004/05 | 21.11.2004 | AÇ | səfərdə | 0:1 |
2004/05 | 16.04.2005 | AK | səfərdə | 1:2 |
2004/05 | 21.04.2005 | AÇ | evdə | 0:0 |
2004/05 | 29.04.2005 | AK | evdə | 1:1 |
2005/06 | 11.09.2005 | AÇ | səfərdə | 0:2 |
2005/06 | 12.03.2006 | AÇ | evdə | 1:1 |
2006/07 | 28.10.2006 | AÇ | evdə | 0:0 |
2006/07 | 12.04.2007 | AK | səfərdə | 1:0 |
2006/07 | 18.04.2007 | AÇ | səfərdə | 0:0 |
2006/07 | 22.04.2007 | AK | evdə | 1:0 |
2007/08 | 06.10.2007 | AÇ | səfərdə | 2:2 |
2007/08 | 13/04/2008 | AÇ | evdə | 3:1 |
2007/08 | 24.05.2008 | AK | neytral | 2:0 |
2008/09 | 09.11.2008 | AÇ | evdə | 2:4 |
2008/09 | 24.04.2009 | AÇ | səfərdə | 2:2 |
2009/10 | 21.08.2009 | AÇ | evdə | 1:0 |
2009/10 | 06.12.2009 | AÇ | səfərdə | 1:1 |
2009/10 | 21.03.2010 | AÇ | səfərdə | 0:1 |
2009/10 | 23.04.2010 | AÇ | evdə | 2:2 |
2010/11 | 21.08.2010 | AÇ | evdə | 0:0 |
2010/11 | 27.02.2011 | AÇ | səfərdə | 3:1 |
2010/11 | 16.04.2011 | AÇ | evdə | 1:1 |
2010/11 | 30.04.2011 | AÇ | səfərdə | 1:1 |
2010/11 | 24.05.2011 | AK | neytral | 1:1 |
2011/12 | 30.09.2011 | AÇ | səfərdə | 0:1 |
2011/12 | 04.12.2011 | AÇ | evdə | 0:1 |
2011/12 | 14.03.2012 | AK | səfərdə | 2:3 |
2011/12 | 28.03.2012 | AK | evdə | 1:1 |
2011/12 | 01.04.2012 | AÇ | evdə | 2:0 |
2011/12 | 29.04.2012 | AÇ | səfərdə | 0:0 |
2012/13 | 19.08.2012 | AÇ | səfərdə | 0:0 |
Mənbə: lankaranfc.com
0
0