“Arsenal”ın futbolçusu ölkəsinə qayıdır
09.02.2013 - 05:20
“Aresnal” azarkeşləri Arsen Vegerin ən pis transferlərindən biri olaraq göstərdikləri Andre Santos ölkəsinə qayıdan oyunçuların karvanına qoşulmaq üzrədir. Apasport.az saytının Fransanın “L’Equipe” nəşrinə istinadən məlumatına görə, Braziliya milli komandasının formasını 22 dəfə geyinən sol cinah yarımmüdafiəçisi ilə “Qremio Porto Aleqre” klubu yaxından maraqlanır.
Tərəflər arasında danışıqlar davam edir. Bu transferin isə qısa zaman içərisində həll olunacağı iddia edilir.
Qeyd edək ki, Andre Santos 2011-ci ildə “topçular”a “Fənərbaxça”dan transfer olunub. O, bu klubda yalnız 23 matçda meydana çıxıb və 2 qola imza atıb.

0
0