Mirça Rednik Azərbaycanı yada saldı
11.02.2013 - 15:30
Mirça Rednik Azərbaycanı yada saldı
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik rumıniyalı futbolçuların ölkədən axınının, o cümlədən, Azərbaycana gəlməsinin səbəblərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının gümüş mükafatını və ölkə kubokunu qazanmış təcrübəli mütəxəssis vətəni Rumıniyadakı problemləri qabardıb.

Hazırda Belçikanın tanınmış “Standard” klubunu çalışdıran Rednik verdiyi geniş müsahibədə Rumıniya Futbol Federasiyası və Peşəkar Futbol Liqasını hədəf seçib: “Federasiya futbolçuların maaşlarının verilməməsini etiraf etmək istəmir. Çempionatın səviyyəsinin artırılmasında, gənc istedadların yetişdirilməsində göstərdiyimiz səylərə dəstək vermirlər. Əksinə, hər şey tərsinə edilir. Mən federasiya və liqa rəhbərliyini nəzərdə tuturam. Bu gənc oyunçular futbolumuzun gələcəyidir. Bütün Avropada Rumıniyadan danışırlar, müqavilələrin ödənmədiyini deyirlər. Hamı gedir – kimi Azərbaycana, kimi Qazaxıstana, hərə öz bacardığı yerə. Lakin Qərbə gedən yoxdur”.

Qeyd edək ki, Rednik 2010-11-ci illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.