Millilərimizdən fərqli qələbələr - YENİLƏNİB
12.02.2013 - 20:08
Millilərimizdən fərqli qələbələr - YENİLƏNİB
Bu gün paytaxtımızda VI Bakı Beynəlxalq Futzal Turniri start götürüb. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Azərbaycanlı hakimlərin idarə etdiyi matçların hər ikisində millilərimiz turnirdəki ilk sınağından üzüağ çıxıb. 2-ci komandamız Özbəkistanı çətinliklə yensə də, əsas millimiz Latviyanı topa tutub.

Sabah isə qruplarda daha 2 oyun keçiriləcək. Əvvəlcə saat 16.30-da Azərbaycan-2 Belarusla qarşılaşacaq. Saat 18.30-da isə Latviya ilə Moldova üz-üzə gələcək. Bu turda əsas millimiz istirahət edəcək.


12 fevral (çərşənbə axşamı)

Özbəkistan - Azərbaycan-2 - 1:2
QOLLAR: Artur Yunusov - Vahib Hocayev, Zaur Fərziyev
Hakim: Elçin Məmmədov


Azərbaycan – Latviya - 6:1
QOLLAR: Vitali Borisov (2); Eduardo Melo; Namiq Məmmədkərimov; Jadder Dantas; Nelson Maşado - Konstantin Zabarovski
Hakim: Elçin Səmədli