“Associated Press” dünyanın ən yaxşı futbolçusunu seçdi
12.02.2013 - 22:20
“Associated Press” dünyanın ən yaxşı futbolçusunu seçdi
ABŞ-ın nüfuzlu informasiya agentliyi olan “Associated Press” dünyanın ən yaxşı futbolçularının yenilənmiş reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələrdən 20 aparıcı futbol jurnalistlərinin sorğusuna əsasən Portuqaliya milli komandasının və “Real”ın hücumçusu Kriştiano Ronaldo bütün rəqiblərini qabaqlayaraq birinci olub. “Kral klubu”nun forvardı 183 xal toplayıb.

İkinci yeri ötən ay dördüncü dəfə ardıcıl “Qızıl top” mükafatına sahib olan Lionel Messi tutub.

Qeyd edək ki, Ronaldo İspaniya La Liqasında bu mövsüm 24 qol vurub və bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Argentina milli komandasının üzvü Messi isə rəqib qapılarından 35 qol keçirərək birinci sırada mövqeyini qoruyur.
0