Reynaldo “Qarabağ”a qayıtdı
13.02.2013 - 13:11
Reynaldo “Qarabağ”a qayıtdı
“Qarabağ” Topaz Premyer Liqasının XX turunun “Sumqayıt”la oyununa tam heyətlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, 1 günlük istirahətdən sonra məşqlərə başlayan ağdamlıların yeni transferi Reynaldo da hazırlıqlara qatılıb.

“Anderlext”dən transfer olunan yarımmüdafiəçi qısa müddətli Belçika səfərindən geri dönərək komanda ilə çalışmalara başlayıb.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.