Alvaro Silva: Biz çempionatın liderinə uduzduq
13.02.2013 - 16:41
Alvaro Silva: Biz çempionatın liderinə uduzduq
“Biz 2:3 hesabı ilə çempionatın liderinə uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun futbolçusu Alvaro Silva deyib.

İspaniyalı müdafiəçi Topaz Premyer Liqasının XIX turunun “İnter”lə Lənkərandakı oyunu haqda fikirlərini açıqlayıb. 2:3 hesablı məğlubiyyət fonunda Alvaro azarkeş ordusunun dəstəyindən məmnun qalıb:

“Bundan sonra fikrimizi oyun planında irəliləməyə yönəltməliyik. İndi qarşıdakı qarşılaşmanı düşünməliyik. Bizim möhtəşəm azarkeşlərimiz var”.

Qeyd edək ki, 2013-cü ildə Lənkəranda baş tutan ilk oyunu 11 min tamaşaçı izləyib. Bu da mövsümün rekordudur.