Fabio Kapello “Atletiko” - “Rubin” oyununda
15.02.2013 - 03:09
DÇ-2014-ün qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Rusiyanın baş məşqçisi Fabio Kapello yığmamızın üzvü Ruslan Abışovun komandasının oyununu izləyib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Avropan Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə “Rubin”nin İspaniyada “Atletiko”nu 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanı tribunada izləyənlər arasında olub.
Qeyd edək ki, Rusiya yığmasının İspaniyadakı qış təlim-məşq toplanışında Kapello bir neçə Kazan klubunun məşqinə baş çəkib. Həmin zaman Tatarıstan təmsilçisi də sözügedən ölkədə təlim-məşq toplanışında olub.

0
0