“İnter” ÇFR-i məğlub etdi, Militonu itirdi
15.02.2013 - 05:48
Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə evində Rumıniyanın ÇFR klubunu Rodriqo Palasionun dublu sayəsində məğlub edən “İnter”də itki baş verib. Apasport.az saytının məlumatına görə, matçın 10-cu dəqiqəsində zədələnərək oyunun qəhrəmanı olan həmvətəni Palasio ilə əvəzlənən Dieqo Milito mövsümü başa vurub.
Dizindən ağır zədələnən argentinalı hücumçu qarşılaşmadan sonra tibbi müayinədən keçib. Onun zədəsinin ciddi olduğu və mövsümün sonuna qədər meydana çıxmayacağı müəyyənləşib.
Qeyd edəd ki, “İnter”lə ÇFR arasında cavab qarşılaşması fevralın 21-də keçiriləcək.

0
0