“Milsami” hazırlığını bitirib Nəziri ilə bağlı qərarı gözləyir
16.02.2013 - 11:52
Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin oynadığı Moldovanın “Milsami” klubu Türkiyədə təlim-məşq toplanışı başa vurub. Apasport.az saytının məlumatına görə, komanda Antalyada son yoxlama oyununda Rumıniyanın II liqasının təmsilçisi olan “Secat”a 3:0 hesabı ilə qalib gəlib. Bu komanda mövsümün ilk hissəsindən sonra turnir cədvəlində 6-cı yerdə gedir.
Bütün qolları fasilədən sonra “Milsami” bu gün vətənə qayıdaraq, Nəziri ilə bağlı çıxarılacaq qərarı gözləyir. Belə ki, müdafiəçi Antalyada Rumıniyanın “Petrolul” klubunun düşərgəsinə gedərək, baxışda olub və 2 yoxlama matçında sınanıb.

0
0