Bandoviç Rauf Əliyevi oynatmamağına aydınlıq gətirdi
16.02.2013 - 16:30
“Təbii ki, nəticədən razı qaldım. Oyun planında onu deyə bilərəm ki, 2-ci hissəyə pis başladıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviçin baş məşqçisi Bojidar Bandoviç deyib. O, Topaz Premyer Liqasının XX turunda bu gün evdə AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.
Serbiyalı mütəxəssisi komandası hesabda 1:0 irəlidə olduğu vaxtda fasilədən sonra oyuna necə başlamağı razı salmayıb: “Buna görə də bəzi əvəzləmələr etməli oldum. Nəticədə oyun sxemində dəyişiklərimiz oldu. Bu, bəhrəsini verdi və daha 1 qol vuran komandamız qalib gəldi. Ümid edirəm ki, bu, ardıcıl qələbələrimiz son nəticəyə yaxşı təsir edəcək”.
Bandoviç qış fasiləsində “Qarabağ”dan transfer etdikləri millimizin hücumçu Rauf Əliyevi artıq 2-ci oyundur ehtiyatda saxlamağına da aydınlıq gətirib: “Rauf Azərbaycan yığmasında 2 oyun keçirdi, hərəsində 90 dəqiqə meydanda oldu. Ardından “Sumqayıt”la matça sona kimi oynadı. Mən Əliyevi çox yükləmək istəmədiyimdən, ona bir müddət istirahət verməyi lazım bildim. Rauf əsas futbolçularımızdan biridir və onun özünü göstərməyə hələ vaxtı olacaq”.

0
0