Vaqif Sadıqov: Bunları birdən həll etmək olmur
16.02.2013 - 16:37
“Meydana qələbə əzmi ilə çıxmışdıq. Cinah hücumlarından iki qol buraxdıq. Komandada yorğunluq hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XX turunda bu gün səfərdə “Bakı”ya 0:2 hesabı ilə uduzduqları matçda komandasının oyunundan narazı qalıb.
Sadıqov çatışmazlıqları aradan qaldırmaq üçün vaxta ehtiyac duyur: “Ruslan Tağızadə gəncdir, müdafiədə müdafiəçi kimi oynamaq lazımdır. Juniorun əvəzlənməsi oyun planlarımızı pozdu. İlk hissədə qol buraxmasaydıq ikinci hissədə daha yaxşı oynaya bilərdik. Hücumlarımızı yaxşı təşkil edə bilmirik. Oyunumuzda müəyyən çatışmazlıqlar var, bunları birdən həll etmək olmur”.

0
0