“Yalnız “İnter”i düşünürük”
17.02.2013 - 19:41
“Zaqatalaya 3 xal qazanmaq üçün yollanmışdıq ki, bunu da əldə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis Topaz premyer Liqasının XX turunun “Simurq”la səfər oyunu haqda fikirlərini açıqlayıb: “Təbii ki, ilin 3 oyununda 3 qələbə qazanmaq xoşdur. Lakin indi yalnız “İnter”i düşünürük ki, həmin matda hər şeyi həll edəcəyik. “Neftçinin Azərbaycanda bir rəqibi var ki, o da elə özüdür. Matça gəlincə çox maraqlı oyun oldu. Rəqib oyun boyu qapımızda 100 faizlik epizod yarada bilmədi. 2-ci hissədə üç real qol imkanından yararlana bilmədik”.
Qeyd edək ki, “Neftçi” Zaqatalada 2:0 hesabı ilə qalib gəlib.

0
0