MDB çempionatının büdcəsi 1 milyard dollar təşkil edəcək
18.02.2013 - 23:02
MDB çempionatının büdcəsi 1 milyard dollar təşkil edəcək
MDB çempionatının büdcəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə liqanın direktoru Valeri Qazzayev açıqlama verib. O, bildirib ki, sözügedən çempionatın büdcəsi 1 milyard dollar təşkil edəcək.

Həmçinin büdcədən hər il Rusiya və Ukrayna Futbol Federasiyalarına 5 faiz köçürüləcək. 10 faiz isə 1-ci divizion üçün ayrılacaq. Yüksək liqanın büdcəsi 800 milyon dollar olacaq. Çempionatda iştirak edən hər bir komanda 22 milyon dollara alacaq. Hər qələbə qazanan komandalara 370 min, heç-heçə edənə isə 120 min dollar veriləcək. İlk pilləni tutan komanda 92 milyon, 2-ci yerin sahibi isə 74 milyon dollar mükafat əldə edəcək. Turnir cədvəlində son iki yerdə qərarlaşan kollektivlər 25-26 milyon dollar alacaq.