Berluskoninin tövsiyəsi
19.02.2013 - 05:23
Berluskoninin tövsiyəsi
“Çox çətin matçlar olacaq. Alleqri ilə danışacaq fürsəti tapa bilmədim. Amma o, ən doğru olacağını düşünmüşdür. Prezident və baş məşqçilər vəzifəsini bilməlidir. Lakin bəzən prezident də baş məşqçilərə tövsiyə edə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Milan”ın rəhbəri Silvio Berluskoni deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Barselona” ilə qarşılaşmadan öncə Almaniya mətbuatına fikrilərini bildirib.

İtaliyanın sabiq baş naziri “Milan”ın müdafiəsinin Messini hər an gözdən yayındırmamasını tövsiyə edib: “Mənim tövsiyəm odur ki, oyun boyunca Messini gözdən buraxmamaq lazımdır. Bu “Milan” üçün çox əhəmiyyətli olacaqdır. Müdafiə onu zərərsizləşdirməlidir”.

Qeyd edək ki, “Milan” – “Barselona” matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.