Manuel Skarlatakedən görünməmiş nəticə
19.02.2013 - 11:00
Manuel Skarlatakedən görünməmiş nəticə
Manuel Skarlatake “Xəzər Lənkəran”ın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, rumıniyalı legioner cənub təmsilçisində 2 və daha artıq dubl edən ilk müdafiəçi olub.

Mərkəz müdafiəçisi Topaz Premyer Liqasının “Turan”la ev oyununda (4:2) 2 qol vurmaqla, mövsümdə 2-ci dəfə belə nailiyyətə imza atıb. Manuel ötən il oktyabrın 3-də AZAL-la səfər oyununda da dubl etmişdi – 2:0.

Bununla da Skarlateke klubun 9 illik tarixində 2-ci dublunu rəsmiləşdirən ilk müdafiəçi olub.

Dubl isə “Xəzər Lənkəran”da 65-ci belə hadisə olub. Skarlatake komandada 1-dən artıq dublu olan 16-cı oyunçudur: Zaur Ramazanov – 8 (6-sı çempionatda, 2-si kubokda), Vüqar Nadirov – 5 (1-i çempionatda, 4-ü kubokda), Samir Əliyev – 4 (3-ü çempionatda, 1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3 (3-ü çempionatda), İvan Svetkov – 3 (2-si çempionatda, 1-i kubokda), Rahid Əmirquliyev – 3 (2-si çempionatda, 1-i “Birlik kuboku”nda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dmitrios Sialmas, Manuel Skarlatake – hamısı 2 (2-si çempionatda), Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i çempionatda, 1-i kubokda), Klaudianu Radukanu - 2 (2-si kubokda), Mario Souza – 2 (1-i çempionatda, 1-i “Birlik kuboku”nda).

Düzdür, cənub təmsilçisində 2 və daha artıq dubla imza atanlar sırasında hazırda məşqçisi olan Emin Quliyevin də adı var. Karyerası ərzində müdafiəçi kimi də çıxış edən futbolçu Manuel kimi 2 dəfə dubl edib. Lakin rumıniyalıdan fərqli, Quliyev “Xəzər Lənkəran”da müdafiəçi kimi deyil, daha çox dayaq yarımmüdafiəçi kimi çıxış edib. Bu üzdən də onu daha çox orta sahə oyunçusu hesab etmək düzgün olar. Bu isə o deməkdir ki, Manuel 2-yə çatan ilk müdafiəçi olub.

Cari mövsümdə “Xəzər Lənkəran”da 4 dubl qeydə alınıb. Skarlatake kimi yunan hücumçu Dmitrios Sialmas da 2 matçda buna nail olub. Bu dublların hamısı Premyer Liqaya təsadüf edib.

“Xəzər Lənkəran”ın 9 illik tarixindəki 65 dubla 34 oyunçu imza atıb. Dubllardan 44-ü Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə “Birlik kuboku”nda qeydə alınıb.

18 futbolçu isə 1 dəfə buna nail olub. Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba çempionatda, İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş kubokda, Nadir Nəbiyev “Birlik kuboku”nda bunu bacarıb.

Mənbə: lankaranfc.com