“Qarabağ” hazırlıqlara başladı
20.02.2013 - 04:05
“Qarabağ” hazırlıqlara başladı
“Qarabağ” Topaz Premyer Liqasının XXI turunun hazırlıqlarına start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, cümə günü təsnifat mərhələsində sonuncu səfər görüşünə çıxacaq Ağdam təmsilçisi 2 məşqlə hazırlaşır. “Rəvan”ın qonağı olacaq komanda ilk məşqini Suraxanı qəsəbə stadionunda edib.

“Qarabağ” məşqləri tam heyətlə keçə bilmir. Yeni transfer Branimir Subaşiç “Sumqayıt”la baş tutan sonuncu görüşdə zədələnib. Qolunu zədələyən 31 yaşlı forvardın “Rəvan”la oyunu buraxacağı dəqiqdir. Banenin gələn həftə “İnter”lə oyuna yetişəcəyi gözlənilir. Baş məşqçi Qurban Qurbanovun komandası sabahdan etibarən “Rəvan”la matç üçün “kamp”a yığışacaq.

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” oyunu fevralın 22-ində, Bayıldakı yeni arenada, 15:00-da keçiriləcək.