“Qəbələ”nin sabiq futbolçusu Belçika klubu ilə anlaşdı
20.02.2013 - 10:51
Ötən ilin mayın əvvəllərində “Qəbələ”dən ayrılan Abdul Kader Kamara özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, qvineyalı dayaq yarımmüdafiəçisi 6 aylıq fasilədən sonra vətəndaşı olduğu və yaşadığı Belçika çempionatında çıxış edəcək.
31 yaşlı futbolçu Belçikanın aşağı dəstəsində çıxış edən və hazırda 14-cü pillədə olan “Vize” ilə anlaşıb. O, mövsümün sonunda daha 1 il artırılmaq şərtiylə 6 aylıq müqavilə bağlayıb.
Belçikada Kader Kamara kimi tanınan afrikalı oyunçu artıq 2 oyunda meydana çıxıb. Debütündə “Antverpen”lə oyunun 42-ci dəqiqəsində qırmızı vərəqə alan futbolçu son turda “Vesterlo” ilə görüşdə 81 dəqiqə meydanda olub.
Qeyd edək ki, Hollandiyada “Vitess”, Belçikada “Harelbeke”, “Serkl Brügge”, “Hoysden-Tsolder”, “Dessel Sport” klublarında çıxış etmiş Kamara 2007-ci ildə Ramiz Məmmədovun vaxtında “Qəbələ”yə transfer olmuşdu. Qısa müddət o vaxtkı “Olimpik-Şüvəlan”da da çıxış edən bu futbolçu sonradan səhvini başa düşərək “Qəbələ”yə qayıtmışdı.

0
0