Pike məğlubiyyəti heç kəsdə axtarmır
21.02.2013 - 06:21
Pike məğlubiyyəti heç kəsdə axtarmır
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə səfərdə “Milan”a 2:0 hesabı ilə məğlub olan “Barselon”nın mərkəz müdafiəçisi Xerard Pike oyundan sonra açıqlama verib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının üzvü qarşılaşmadan çox pis bir nəticə aldıqlarını dilə gətirib.

Pike bildirib ki, ilk qolu qapılarından buraxdıqdan sonra komanda oyunun nəzarətini itirib: “Səhv oynadıq. Bu məğlubiyyəti nə hakimin, nə də meydanın ayağına yazmaq olmaz. İlk qolu buraxdıqdan sonra matçın nəzarətini itirdik. Bura rəqiblər üçün çox çətin bir yerdir və “Milan”da güclü bir klubdur”.

Kataloniya təmsilçisinin müdafiəçisi buna baxmayaraq növbəti mərhələyə keçəcəklərini vurğulayıb: “Cavab matçında qələbə qazanmağa çalışacağıq. Bu qarşılaşmadan dərs alıb, daha yaxşı bir oyun ortaya qoymaq lazımdır. “Nou Kamp”da o sehrli gecələrdən birini yaradaraq cavab verəcəyik”.