“Azərbaycanda super güclü komanda yoxdur” – MÜSAHİBƏ
21.02.2013 - 15:00
“Simurq” klubunun kapitanı Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Ötən tur cəza üzündən “Neftçi” ilə oyunda meydana çıxa bilmədiniz. Artıq belə probleminiz olmadığından, “Bakı” ilə sabahkı vacib matça komandanızı yenidən kapitan kimi meydana çıxaracaqsınız....
- Bu müddətdə komanda ilə birgə hazırlıq keçmişəm. Cəzam bitdiyimdən, sabah “Simurq”a kömək edəcəm. Bizim üçün çox vacib oyundur. Məşqlərimiz yaxşı gedir. Matça ciddi hazırlaşmışıq.
- Hansı nəticəyə ümid edirsiniz?
- Hər bir oyuna olduğu kimi, bu matça da yalnız qələbə üçün çıxacağıq. Turnir cədvəlində vəziyyətimiz elədir ki, hazırda 3 xala böyük ehtiyacımız var. Biz meydana qələbə üçün çıxacağıq.
- “Simurq” “Neftçi”yə 0:2 uduzduğu matçda arxa xətdə buraxdığı səhvlərin acısını çəkdi. Necə düşünürsünüz, müdafiə xəttinə başçılıq edən Rasim Ramaldanovun həmin oyunda yeri görünürdü?
- Belə bir söz var: əvəzolunmaz futbolçu yoxdur. Deməzdim ki, məğlubiyyət məhz mənim yoxluğumla bağlı idi. Komandada hərənin öz yeri var. Düzdür, müdafiədə bəzi problemlərimiz oldu. Ancaq bu matç bizim üçün arxada qaldı və toparlanıb, növbəti ev oyunumuzda uğurlu çıxış etmək haqda düşünürük.
- Bir müddət əvvələ kimi lider olan “Simurq” artıq 4-cü pilləyə düşüb. Çoxları elə düşünür ki, komandanızda bu eniş davam edəcək və sizə mükafatçılar sırasında yer olmayacaq...
- Hələ mövsümün əvvəlində inamlı çıxış etdiyimiz zamanı deyirdilər ki, “Simurq” ilk pillələrdə çox qalmayacaq, aşağı sürüşəcək. Ancaq biz yaxşı çıxış edərək, ilk vəzifəni yerinə yetirdik. Allaha şükür ki, “altılığ”a vəsiqəni təmin etdik. Ancaq bunu yetərli saymayaraq, mübarizəmi sona kimi aparacağıq. Fikrimcə, “Simurq” hazırda qərarlaşdığı 4-cü pillədən yuxarı qalxa biləcək.
- Bunun üçün əsas rəqiblərinizlə oyunlarda qələbə vacibdir...
- Azərbaycanda super güclü komanda yoxdur ki, onu məğlub edə bilməyəsən. Hər bir rəqibi büdrətmək olar. “Simurq”un gücünü sona kimi göstərməyə çalışacağıq.
- Sizcə, “Bakı” qış fasiləsində sonra necə təsir bağışlayır?
- “Bakı” yaxşı komandadır. Heyətini gücləndirib, son 2 oyunda qalib gəlib. Əks-hücumlarda yaxşı təsir bağışlayırlar. Bu matç elədir ki, hər ikimizə qələbə çox lazımdır. Bizə mükafatlar uğrunda mübarizədə, “Bakı”ya “altılığ”a düşmək üçün.
- Rəqibin qışda aldığı rumıniyalı hücumçu Marius Pena 3 oyunda 2 qol vurub. Onun qarşısına necə almağı düşünürsünüz?
- Penanın oyunu bizim də diqqətimizi çəkib. O, başla yaxşı oynayır. Biz rəqibi təhlil edirik və Penanın da qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.
Mehman SÜLEYMANOV

0
0