Müqəddəs torpaqlarda “El Klassiko” həyəcanı ola bilər
21.02.2013 - 22:15
Müqəddəs torpaqlarda “El Klassiko” həyəcanı ola bilər
La Liqanın iki köklü klubu və əzəli rəqiblər “Barselona” ilə Madrid “Real”ı Səudiyyə Ərəbistanının İslam dini üçün müqəddəs olan Məkkə şəhərində yoldaşlıq görüşü keçirə bilərlər. Apasport.az saytının məlumatına görə, bu, 12 İspaniya şirkətinin Məkkə və Mədinə şəhərləri arasındakı 450 kilometrlik sahəyə inşa edəcəyi sürətli qatarın açılışı zamanı gözlənilir.

Lakin hər iki komandanın bu təklifə necə cavab verəcəyi dəqiq müəyyənləşməyib.

Qeyd edək ki, 6 milyon avro büdcəli bu layihənin 2016-cı ildə başa çatması gözlənilir.