Serxio Buskets Kataloniyanın ən yaxşı futbolçusu seçilib
22.02.2013 - 03:55
Serxio Buskets Kataloniyanın ən yaxşı futbolçusu seçilib
2012-ci ilin ən yaxşı kataloniylı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsdir. Kataloniya Futbol Federasiyası tərəfindən seçilən ən yaxşı məşqçi mükafatına isə hazırda “Viqan”ı çalışdıran Roberto Martines layiq görülüb.

Ən çox gələcək vəd edən oyunçu mükafatına isə “Barselona”nın gənc futbolçusu Serxi Roberto sahib olub.

Qeyd edək ki, Kataloniya Futbol Federasiyası 1990-cı ildə yaradılıb.