Rumıniya yığmasının hücumçusu “İnter”in hədəfində
22.02.2013 - 11:40
Bakının “İnter” klubu heyətinə rumıniyalı futbolçu qata bilər. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı “bankirlər”in Buxarest “Dinamo”sunun hücumçusu Marius Aleksi transfer etməkdə maraqlı olduğunu iddia edir.
Həmkarlarımızın yazdığına əsasən bakılılar Azərbaycan çempionu olduqdan sonra 23 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. Çempionlar Liqasının qrupuna düşmək iddiasını gerçəkləşdirmək üçün gözaltı edilən Aleks üçün böyük məbləğdə pulun veriləcəyi iddia edilir. Belə ki, “Dinamo” futbolçusu üçün 3 milyon avro tələb edir. 2 illik müqaviləyə imza atacaq Aleksin özü isə transferi gerçəkləşəcəyi halda ildə 500 min avro qazanacaq.
Lakin sol cinah yarımmüdafiəçi kimi də çıxış edən hücumçu Aleksin özü Azərbaycana transfer olunmaqda o qədər də maraqlı deyil. Belə ki, onun ilinə 600 min avro təklif edən İtaliya “Kyevo”sunun təklifi daha cəlbedicidir. Həm də A seriyasında çıxış etmək daha nüfuzludur.
Qeyd edək ki, Rumıniyanın U-17, U-19, U-21 yığmalarının hamısında oynamış Marius əsas millidə 7 oyun keçirib. “Dinamo”nun yetirməsi olan hücumçu “Astra”da icarədə olduğu 2008/09 mövsümü istisna olmaqla, daim Buxarest klubunda çıxış edib. Cari mövsüm 17 oyuna 7 qol vuran Aleks komandasının ən məhsuldar futbolçusudur.

0
0