Səbuhi Səfiyarlı: Onunla ciddi maraqlansaydıq, qışda alardıq
22.02.2013 - 12:37
Səbuhi Səfiyarlı: Onunla ciddi maraqlansaydıq, qışda alardıq
“Marius Aleks ciddi maraq dairəmizdə olan futbolçu olmayıb. Biz digər 1-2 hücumçu ilə ciddi maraqlanırdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in baş meneceri Səbuhi Səfiyarlı deyil. Rumıniya mətbuatı Buxarest “Dinamo”nun hücumçusu Marius Aleksin Bakı klubunun da maraq dairəsində olduğunu yazıb. Deyilənə görə, “İnter” İtaliya “Kyevo”sunun da istədiyi bahalı hücumçunu çempion olub, yayda heyətinə qatmaqda maraqlıdır.

Səfiyarlının sözlərinə görə, 23 yaşlı rumıniyalı legioneri transfer etmək planlarına daxil olmayıb: “Bildiyiniz kimi, bizə qışda hücumçu lazım idi. Həmin rumıniyalı ilə ciddi maraqlansaydıq, bizə lazım olsaydı, onda alardıq. Ancaq biz digər hücumçuların komandamıza cəlb edilməyi üzərində çalışdıq. Elə oldu ki, onlardan hansınısa klubu buraxmadı, hansısa başqa klubun dəvətinə üstünlük verdi. Yayın transferini isə indidən danışmaq real deyil. Çünki buna hələ çox vaxt var. Mövsüm bitəndən sonra komandada dəyişiklər ola bilər. İndidən bilinmir ki, hansı futbolçular gedəcək, hansılar qalacaq”.

Qeyd edək ki, bakılıların qış fasiləsində hər 2 transferi əcnəbi hücumçular – ukraynalı Yuri Fomenko və braziliyalı Robertinyo olub.

Mehman SÜLEYMANOV