Ruslan Abışovun debütü Qroznıda olacaq?
22.02.2013 - 18:37
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun heyətində olduğu “Rubin” qarşıdakı oyununu da təmsil etdiyi Kazanda keçirə bilməyəcək. Apasport.az saytının məlumatına görə, komanda Avroliqanın 1/16 final mərhələsində Madrid “Atletiko” ilə olduğu kimi, növbəti mərhələdə rəqibi olan İspaniyanın digər təmsilçisi - “Levante”ni də Moskvada “Lujniki” stadionunda qəbul edəcək. Ancaq Ruslan bu turnirə sifariş olunmadığından, həmin arenada meydana çıxa bilməyəcək.
Əvəzində müdafiəçimiz Çeçenistan paytaxtında oynaya bilər. Belə ki, “Rubin” qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu – martın 10-da “Zenit”lə ev matçını Qroznıda “Əhməd Arena”da keçirməli olacaq. Yalnız bundan sonrakı ev oyunu – martın 30-da “Lokomotiv”lə matçın Kazanda keçiriləcəyinə ümid bəslənilir. Ruslan Rusiyada transfer dövrü bitənə kimi kazanlılarla müqavilə bağlayıb, adı iştirak ərizəsinə daxil edilərsə, debütünü gerçəkləşdirəcək.

0
0