32-ci qarşılaşma
23.02.2013 - 01:03
32-ci qarşılaşma
Topaz Premyer Liqasının 21-ci turunda “Neftçi” – “İnter” görüşü hər iki komanda üçün sayca 32-ci olacaq. Apasport.az saytının məlumatına görə, bunadək komandalar bir-biri ilə 31 dəfə qarşılaşıb, 23 oyun çempionat çərçivəsində keçirilib və 8 matç isə ölkə kubokunun payına düşür.

“Bamkirlər” rəqibini 9 dəfə məğlub edə bilib, “Neftçi” də 9 qələbəyə malikdir. Digər 13 oyun isə heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi “İnter”in xeyrinədir - 29:28.

Komanda O Q H M Toplar
“Neftçi” 31 9 13 9 28-29
“İnter” 31 9 13 9 29-28

Komandalar ilk dəfə 2004-cü ilin oktyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. “İnter”in meydanında baş tutmuş həmin görüş 2:1 hesabı ilə “bankirlər”in qələbəsi ilə başa çatıb. “İnter” və “Neftçi” qarşıdurmasında ilk qolun müəllifi hazırda da “İnter”də çıxış edən müdafiəçi Vladimir Levin olub.

Qeyd edək ki, bu mövsümün ilk dövrəsində komandaların “Şəfa” stadionunda keçirilən görüşü 1:1 hesabı ilə yekunlaşıb. “Neftçi”- “İnter” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 31 görüşün 8-də qeydə alınıb.

“Neftçi” – “İnter” qarşılaşmaların tarixində ən böyük hesablı nəticə 3:0 hesabıdır. 2010-cu ildə Azərbaycan kuboku çərçivəsində keçirilən görüş “İnter”in məhz bu hesablı qələbəsi ilə başa çatıb.

Bunadək komandaların keçirdiyi oyunların cədvəli bunlardır:

Mövsüm Oyun Hesab Qollar müəllifləri
2004/05 “İnter”-“Neftçi” 2-1 36’V.Levin, 61’Elş.Məmmədov
– 90+3’S.Udenkvor
2004/05 “Neftçi”-“İnter” 0-0 ---
2004/05 “İnter”-“Neftçi” 0-0 ---
2004/05 “Neftçi”-“İnter” 1-1 31’Z.Tağızadə –
2’D.Axtyamov
2005/06 “Neftçi”-“İnter” 1-1 89’ T.Mişura –
81’E.Məmmədov
2005/06 “İnter”-“Neftçi” 0-1 55’B.Subaşiç
2006/07 “Neftçi”-“İnter” 0-1 53(aq)’M.Şükürov
2006/07 “İnter”-“Neftçi” 0-1 73’G.Adamiya
2007/08 “İnter”-“Neftçi” 0-0 ---
2007/08 “Neftçi”-“İnter” 2-0 27’D. Kruqlov, 78’B. Subaşiç
2007/08 “Neftçi”-“İnter” 2-2 2’ B. Subaşiç, 6’J.Karlson- 37‘ 79‘
V.Guglemon
2007/08 “İnter”-“Neftçi” 1-0 57’ C. Hüseynov
2008/09 “Neftçi”-“İnter” 1-3 83(p)’M. Dafçev- 25(p)’V.
Quqlemon, 44’ D. Assioli, 64’
A.Rubin
2008/09 “İnter”-“Neftçi” 2-2 51’66’ V.Quqlemon-25’
S.Stefanov,45’V.Olefir
2009/10 “Neftçi”-“İnter” 2-1 21’V.Guglemon, 76’S.Əliyev-
66’R.Poşkus
2009/10 “İnter”-“Neftçi” 1-0 87’G.Karlsons
2009/10 “Neftçi”-“İnter” 0-3 49’88’R.Poşkus, 72’D.Odikadze
2009/10 “İnter”-“Neftçi” 1-1 45’B.Çervenka-77(p)’A.Neaga
2009/10 “İnter”-“Neftçi” 2-1 27’A.Məmmədov, 54’G.Karlsons-
83’(P)M.Aliuta
2009/10 “Neftçi”-“İnter” 1-0 10’C.Hüseynov
2010/11 “İnter”-“Neftçi” 0-2 33’B.Nasimov, 50’ Flavinyo
2010/11 “Neftçi”-“İnter” 1-1 83’E.Mpenza – 61’P.Zlatinov
2010/11 “İnter”-“Neftçi” 1-1 2’R.Poşkus- 86(p)’Flavinyo
2010/11 “Neftçi”-“İnter” 0-0 ---
2011/12 “Neftçi”-“İnter” 0-1 34’B.Tsxadadze
2011/12 “İnter”-“Neftçi” 2-1 63’ B.Tsxadadze, 71’ İ.Kandelaki - 41’
R.Abdullayev
2011/12 “İnter”-“Neftçi” 1-2 45’B.Çervenka – 5’ S.Georgiyevski, 77’
R.Əmircanov
2011/12 “Neftçi”-“İnter” 2-1 5‘B.Nəsimov, 12’S.Georgiyevski – 43(aq)’
R.Abışov
2011/12 “İnter”-“Neftçi” 0-0 ---
2011/12 “Neftçi”-“İnter” 1-0 22’C.İmamverdiyev
2012/13 “İnter”-“Neftçi” 1-1 75’İ.Niasse – 11’ N.Kanales

Azərbaycan çempionatında “İnter”ə qarşı keçirilən ev oyunlarında “Neftçi” üstünlüyə malikdir. Belə ki, 12 görüşün 5-də “Neftçi” “Bankirlər”i məğlub edib, 3 matçda “İnter” daha üstün olub, qalan 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda top fərqi də “Neftçi”nin xeyrinədir - 11:10.

Maraqlıdır ki, tarix ərzində 2 futbolçu Valter Quqlemon və Cavid Hüseynov “Neftçi” - “İnter” oyunlarında hər iki komandanın heyətində fərqləniblər.

Ümumiyyətlə, uruqvaylı hücumçu Valter Quqlemon “Neftçi” - “İnter” qarşılaşmasının ən sərrast futbolçusudur. O, “İnter”in heyətində çıxış edərkən “Neftçi”yə qarşı keçirilən oyunlarda rəqibin qapısına 5 dəfə yol tapa bilib.

Qeyd edək ki, “Neftçi” - “İnter” matçı fevralın bu gün keçiriləcək. Oyun saat 17.00-da başlayacaq.

Mənbə: inter.az