“Nitsa” “Reyms”ə heç bir şans vermədi
23.02.2013 - 04:18
“Nitsa” “Reyms”ə heç bir şans vermədi
Fransa çempionatında 26-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turunun ilk matç günündə bir qarşılaşma baş tutub.

Evində “Reyms”i qəbul edən “Nitsa” inamlı qələbə qazanıb. Rəqibini hər hissədə bir dəfə mərkəzdən başlamağa məcbur edən meydandan sahibləri görüşdən 2:0 hesablı qalib ayrılıb.

Qeyd edək ki, Fransa çempionatında 26-cı turun digər oyunları bu gün və sabah keçiriləcək.


Fransa çempionatı

26-cı tur

22 fevral

“Nitsa” - “Reyms” - 2:0
Eysseriç, 13, Sivelli, 85

23 fevral

“Renn” - “Soşo”
“Ayaçço” - “Lill”
“Evyan” - “Monpelye”
“Nansi” - “Sent-Etyen”
“Troye” - “Bastiya”
“Valensiyen” - “Tuluzua”

24 fevral

“Lion” - “Loryan”
“Bordo” - “Brest”
PSJ - “Marsel”