“Beşiktaş” futbolçumuzun komandasını məğlub etdi
23.02.2013 - 23:49
Türkiyə Superliqasında 23-cü turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma baş tutub.
Evində “Əskişəhərspor”u qonaq edən “İstanbul BB” rəqibinin müqavimətini qıra bilməyib. Hərəyə 2 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 2:2.
“Mersin İdmanyurdu”nun qonağı olan “Trabzonspor” isə turu qələbə ilə başa vurub. Rəqibini 1:0 hesabı ilə məğlub edən Qara dəniz təmsilçisi ötən tur “Fənərbaxça” məğlubiyyətindən sonra azarkeşlərinin rəğbətini qazanıb.
Günün digər oyunu isə Sivasda baş tutub. Burada çempionluq iddiasını davam etdirən “Beşiktaş”la Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın komandası “Sivasspor” qarşılaşıb. Baş məşqçi Rza Çalımbayın “18-lik”də belə şans vermədiyi təmsilçimizin komandası “qara qartallar”a minimal hesabla məğlub olub – 0:1.
Qeyd edək ki, Türkiyə Superliqasında 23-cü tura fevralın 25-də “Qalatasaray” - “Orduspor” qarşılaşması ilə yekun vurulacaq.
Türkiyə Superliqası
23-cü tur
22 fevral
“Qaziantepspor” - “Bursaspor” - 2:1
Sernas, 27, Tosun, 78-pen - Batalya, 38
23 fevral
“İstanbul BB” - “Əskişəhərspor” – 2:2
Holmen, 18; 90-pen – Akaminko, 52, Zəngin, 81
“Elazığspor” - “Antalyaspor” – 2:1
Gürlər, 6, Cakir, 60 – Promise, 20
“Mersin İdmanyurdu” - “Trabzonspor” – 0:1
Enrike, 36
“Sivasspor” - “Beşiktaş” – 0:1
Hilbert, 82
24 fevral
“Kayserispor” - “Gənclərbirliyi”
“Fənərbaxça” - “Kasımpaşa”
“Karabükspor” - “Akhisar BS”
25 fevral
“Qalatasaray” - “Orduspor”

0
0