“Bizim Ballo kimi hücumçumuz olsa...”
24.02.2013 - 17:31
“Bizim Ballo kimi hücumçumuz olsa...”
“Sumqayıt”ın baş məşqçisi Bernhard Raab “Turan”ın malili futbolçusu Salif Ballonu tərifləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XXI turunun “Turan”la ev oyunundakı 0:1 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

Raab qonaqların qələbə qolunun müəllifi olan Ballo haqda yüksək fikirdə olduğunu matçsonrası mətbuat konfransında da gizlətməyib: “Bizim Ballo kimi hücumçumuz olsa idi ilk hissədə 2-3 top vura bilərdik. Fasiləyədək yaxşı oynadıq. Rəqibin hesabı artırmaq üçün bir neçə qol imkanı oldu. Bu qarşılaşmada “Turan” qələbəyə layiq oyun göstərdi. Həmkarımı təbrik edirəm”.