“İnter”in sabiq hücumçusu İsrail klubuna keçdi
25.02.2013 - 13:56
“İnter”in sabiq hücumçusu İsrail klubuna keçdi
“İnter”in sabiq forvardı Arafat Cako İsrail klubuna keçib. Apasport.az saytının məlumatına görə, toqolu oyunçu 2009/10 mövsümündə çıxış etdiyi “Bney Saxnin”lə anlaşıb.

Artıq afrikalı futbolçu bu klubda 3 oyun keçirib. Hayfa “Hapoel”i, Yerusalem “Beytar”ı və Hayfa “Makkabi”sinə qarşı görüşlərdə meydana çıxan forvard qol vura bilməsə də, ikinci matçda 1 sarı vərəqə almağı “bacarıb”.

Qeyd edək ki, Cako “İnter”in mövsümün əvvəlində etdiyi ən uğursuz transferlərdən biridir. O, çempionatda cəmi 4 oyun keçirib. Sentyabrın 15-də “Sumqayıt”ın qapısına yol tapan futbolçu sonradan əvəzedici komandaya göndərilmişdi.