“Tottenhem”dən çətin qələbə
26.02.2013 - 03:45
“Tottenhem”dən çətin qələbə
İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə bir qarşılaşma baş tutub.

“Vest Hem” doğma publika önündə “Tottenhem”i sınağa çəkib. Görüşdə azarkeşlər 5 qola şahidlik edib. Bol qollu keçən oyunda sevinən tərəf qonaqlar olub – 2:3.

Beləliklə, bu qələbədən sonra “Tottenhem” xalını 51-ə çıxararaq turnir cədvəlində 3-cü sıraya yüksəlib. “Vest Hem” isə 30 xalla 14-cü pillədə qərarlaşıb.


İngiltərə Premyer Liqası

27-ci tur

23 fevral

“Fulhem” - “Stok Siti” - 1:0
Berbatov, 45

“Arsenal” - “Aston Villa” - 2:1
Kasorla, 6; 85 - Veymann, 68

“Norviç” - “Everton” - 2:1
Kamara, 84, Holt, 90 - Osman, 39

KPR - “Mançester Yunayted” - 0:2
Silva, 23, Giqqz, 80

“Ridinq” - “Viqan” - 0:3
Kone, 44; 45, Fiqueyra, 48

“Vest Bromviç” - “Sanderlend” - 2:1
Lukaku, 35-pen; 75 - Sesseqnon, 80

24 fevral

“Mançester Siti” - “Çelsi” - 2:0
Ture, 63, Teves, 85

“Nyukasl” - “Sauthemton” - 4:2
Sissoko, 33, Sisse, 42, Kabay, 67-pen, Huvield, 79-öz qapısına - Şneyderlin, 3, Lambert, 50

25 fevral

“Vest Hem” - “Tottenhem” - 2:3
Karoll, 25-pen, Co Kol, 58 - Beyl, 13; 90, Siqurdsson, 76