Türkiyədə Xocalı qurbanlarının xatirəsinə futbol matçı keçiriləcək
26.02.2013 - 09:31
Bu gün Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş futbol oyunu keçiriləcək. Yerli “Gökovaspor“ ilə “Yolspor“ komandaları arasında oyun Çamdibi Taç Sanayi meydançasında baş tutacaq. Bu barədə APA-ya oyunun təşkilatçılarından olan Metin Teski məlumat verib. Teski oyundan məqsədin Xocalı faciəsinə diqqətin yönəldilməsi olduğunu bildirib.
Oyundan əvvəl Xocalıda qətlə yetirilmiş soydaşlarımızın adına ehsan veriləcək və dua oxunacaq.
Oyundan əvvəl Xocalıda qətlə yetirilmiş soydaşlarımızın adına ehsan veriləcək və dua oxunacaq.
0
0