Azərbaycanda 11 oyun
26.02.2013 - 12:55
Azərbaycanda 11 oyun
“Xəzər Lənkəran”ın baş məşqçi postundan ayrılan Karles Martorell Bakes Azərbaycanda cəmi 11 rəsmi qarşılaşmada iş başında olub. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Topaz Premyer Liqasında 10, Azərbaycan kubokunda 1 matçda komandasını meydana çıxarıb.

Çalışdırıcı çempionatdakı görüşlərdə cəmi 3 qələbəyə sevinib. 2 dəfə heç-heçə ilə kifayətlənən ispaniyalının yetirmələri 5 dəfə məğlub olub. Bu matçlarda 13 qol vuran “Xəzər Lənkəran” öz qapısından 16 top buraxıb.

Azərbaycan kubokundakı yeganə oyunu 1:1 hesabı ilə başa çatan və penaltilər seriyasınadək uzanan Bakes ümumilikdə 11 görüşdə 3 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətə şahid olub. Bu matçlardakı top fərqi 14-17-dir.
0