“Real” İspaniya Kral kubokunda yeni bir rekord müəyyənləşdirib
27.02.2013 - 06:48
“Real” İspaniya Kral kubokunda yeni bir rekord müəyyənləşdirib
İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Barselona”nı səfərdə 1:3 hesabı ilə məğlub edib finala vəsiqə qazanan “Real” yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Madrid klubu sözügedən turnirdə 38-ci dəfə həlledici mərhələyə keçib.

Qeyd edək ki, “Real” 18 dəfə Kralın kubokuna sahib olub. 26 dəfə bu kuboku qazanan “Barselona” isə ilk pillədə qərarlaşıb. İkinci yerdə isə “Atletik Bilbao”dur - 23 dəfə.