Vaqif Cavadov Böyükağa Hacıyevə fakt göstərdi
27.02.2013 - 10:42
“Qarabağ” klubunun hücumçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Bu gün ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu qarşılaşma barədə nə düşünürsünüz?
- Ciddi oyun olacaq. Adətən kubok qarşılaşmaları çətin keçir. “Qəbələ” də güclü rəqibdir.
- Cari mövsümdə “Qəbələ” ilə 2 dəfə qarşılaşsanız da, qalib gələ bilməmisiniz. Bu seriya kubokda da davam edə bilərmi?
- “Qarabağ”a “Qəbələ” ilə oynamaq hər zaman çətin olub. Görüşə köklənmədən çox şey asılıdır. Bizə iki matçın yekununda müsbət nəticə lazımdır.
- İlk görüşün səfərdə keçirilməsini sizin üçün üstünlük saymaq olarmı?
- Qəbələyə yaxşı nəticə qazanmaq üçün gəlmişik. Bunu bacarsaq, cavab oyununa yaxşı əhval-ruhiyyədə çıxacağıq.
- “Qarabağ”ın meydana heç-heçə üçün çıxacağını gözləmək olarmı?
- Biz qalib gəlmək istəyirik. Ən azından uduzmamalıyıq. Ümumiyyətlə, neçə ildir “Qarabağ”dayam, indiyə qədər komandanın hansısa oyuna heç-heçə üçün çıxdığını görməmişəm.
- Komandanızın məqsədi çempion olmaqdır. Belə olan halda, hər iki cəbhədə yarışmaq çətin olmayacaq?
- Düzdür, çempionluğu və kuboku qazanmaq istəyirik. Kuboku qazanmağın özü bir nailiyyətdir. Hansınısa qurban vermək haqda düşünmürük.
- “Qəbələ”nin hücum xəttindən çəkinmirsiniz?
- Hamı bilir ki, rəqibin hücum xətti çox güclüdür. Ancaq bu, müdafiədə zəif oynamaları anlamına gəlməməlidir. Rəqib güclüdü, amma biz də zəif deyilik.
- Çempionatla bağlı nə deyə bilərsiniz: “Qarabağ”ın hazırkı vəziyyəti sizi qane edirmi?
- Biz heç vaxt turnir cədvəlinə baxmırıq. Çempionun kim olacağını isə indidən demək çətindir. Həm də hazırda diqqətimizi kubok oyununa yönəltmişik.
- Böyükağa Hacıyev deyib ki, çempionluq yolunda “Neftçi”nin rəqibi elə “Neftçi”dir. Bu barədə nə deyə bilərsiniz?
- Böyükağa müəllim şəxsi fikirlərini deyib. Amma ortada fakt var: “Qarabağ” cari mövsümdə “Neftçi”ni iki dəfə məğlub edib.
- Öz oyununuz haqda nə deyə bilərsiniz?
- Toplanışdan sonra hər şey qaydasındadır. Oyunlarım haqda danışmaq istəmirəm.
- Ancaq az fərqlənirsiniz…
- Qolu kimin vurmağı vacib deyil. Əsas komandanın qələbə qazanmağıdır. Neçə ildir “Qarabağ”dayam, heç bir hücumçumuz bombardir olmayıb. Çünki “Qarabağ” kollektiv futbola üstünlük verir.

0
0