“Ondansa, Yunis Hüseynovun gedişinə daha çox üzülmüşdüm”
27.02.2013 - 18:17
“Transferim “Rubin”lə “Xəzər Lənkəran” arasında razılıq əsasında baş tutub. Bu üzdən kazanlıların sabiq klubuma nə qədər pul ödəməsi barədə heç nə bilmirəm. Buna cavab verməkdə çətinlik çəkirəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Rubin”in futbolçusu Ruslan Abışov deyib.
26 yaşlı futbolçu sabiq klubu “Xəzər Lənkəran”dan ispaniyalı baş məşqçi Karles Martorellin istefasına münasibət də bildirib: “Xəzər Lənkəran”ın belə vəziyyətdə olmasını istəməzdim. Amma yenə də keçmiş komandam kimi onlara uğurlar arzulayıram. Son oyunda hər şey onların özlərindən asılı olacaq. Baş məşqçinin getməsinə gəlincə, ona da sonrakı karyerasında müvəffəqiyyətlər arzulayıram. Artıq gedib, neyləmək olar. Ancaq ondansa, Yunis Hüseynovun komandadan gedişinə daha çox üzülmüşdüm. Bu da futbol həyatıdır. Biri gəlir, biri gedir”.
Səbuhi TOFİQOĞLU

0
0