Ruslan Abışovun “Rubin”ə transferi Türkiyə mətbuatında - FOTO
28.02.2013 - 02:57
Ruslan Abışovun “Rubin”ə transferi Türkiyə mətbuatında -  FOTO
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun Rusiyanın “Rubin” klubuna transferi Türkiyə mətbuatının da gündəmində yer alıb. Apasport.az-ın məlumatına görə, qardaş ölkənin “NTVSPOR” saytı oxucularına müdafiəçimizin Kazan təmsilçisinə transferini “Gökdəniz və Gökhana qardaş” başlığı altında çatdırıb.

Həmçinin saytda bunlarda qeyd edilib: “Türk futbolçular Gökdəniz Qaradəniz və Gökhan Törenin forma geydiyi Rusiyanın ən güclü klublarından olan “Rubin” Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovu heyətinə qatdığını bildirilib”.

Daha sonra “NTVSPOR” Tatarıstan klubunun baş məşqçisi Qurban Berdıyevin Abışovun transferinə bildirdiyi münasibəti də qeyd edib.
0