“Şəkərim var, yaddaşım pozulub”
28.02.2013 - 12:30
1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış veteran futbolçu Yaşar Babayevin apasport.az saytına müsahibəsi
- Uzun illər bir yerdə oynadığınız mərhum Anatoli Banişevskinin hər ad günündə məzarını ziyarət edirdiniz. Ancaq bu dəfə sizi görmədik...
- Xəstəyəm. Keçən il Banişevskinin qəbrini ziyarət edəndə, hönkür-hönkür ağlamışdım.
- Səhhətinizdə problem var?
- Bəli, şəkərim var, yaddaşım bir az pozulub.
- Maddi vəziyyətiniz necədir?
- Şükür Allaha, normaldı.
- Sizi axtaran, vəziyyətinizlə maraqlanan varmı?
- Maraqlanırlar. Kömək öz yerində, sadəcə, zəng edib halımı soruşanda, sanki dünyanı mənə verirlər. Rövnəq Abdullayev başda olmaqla, AFFA rəhbərliyi biz veteranlara diqqət və qayğı göstərir. Sağ olsunlar.
- Necə fikirləşirsiniz, Azərbaycanda nə vaxtsa Banişevski kimi futbolçu olacaqmı?
- Nəinki Azərbaycanda, heç MDB-də Banişevski səviyyəsində hücumçu yoxdur. O, yaxşı futbolçu, yaxşı insan, həddən artıq mehriban idi.
- İndiki müdafiəçilərdən ən çox xoşunuza gələn kimdi?
- Bizdə müdafiəçilər, cinahda oynayanlar çox olur. Ancaq cinah müdafiəçilərimiz hücumçu ilə təkbətək oynaya bilmirlər. Çoxları rəqibin qarşısını mərkəz müdafiəçisinin köməyi ilə alır. Azərbaycanda xoşuma gələn cinah müdafiəçisi yoxdur.
- Vaxtilə siz də sol cinah müdafiəçisi kimi oynamısınız. Azərbaycanda bu mövqe millidə, klubda əsas problem sayılır. Yəni, ölkədə solaxay müdafiəçilərin yoxluğundan gileylənirlər...
- Hərdən uşaqlar mənə zarafatla deyirdilər ki, bir ayaqlısan, sağ ayağın işləmir. Müdafiəçi öz cinahına cavabdeh olmalıdır, gərək orta mövqedə qərarlaşmasın. Müdafiəçini güclü tərəfində oynatmalısan. Mənə buna görə çox asan idi. Eştrekov, Lobanovski kimi futbolçulara qarşı çıxırdım, mənim üçün elə bil sadə rəqiblər idi. Ancaq onlar hamısı SSRİ yığmasının üzvü idi. Biz hələ Gəncədə Kiyev “Dinamo”su ilə SSRİ kubokunun 1/8 final mərhələsinin matçını oynayırdıq. Onda məni komandanın məşqçisi Maslov aparmaq istədi. Ancaq getmədim.
- Niyə?
- Çətin şəraitdə yaşayırdıq. Anamla qalırdım. Dedim anamı tək qoyub gedə bilmərəm.
- Millimizin müdafiəçisi Ruslan Abışov “Rubin”ə keçdi. Bunu necə qarşıladınız?
- Çox sevindim. Çünki Ruslan mərkəz müdafiəçiləri arasında ən çox bəyəndiyimdir. Ağıllı futbolçudur, başla yaxşı oynayır, yaxşı ötürməsi, güclü zərbəsi var.
- Sizcə, Kazanda möhkəmlənə biləcəkmi?
- Əlbəttə. Ona 100 yox, 200 faiz inanıram.
Mehman SÜLEYMANOV

0
0